• Pendirli tərəvəzli göbələk resepti

Reseptin məlumatları Baxış sayı: 5 251

Tarix : 3-11-2020, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q Tilsiter pendiri,
200 q göbələk,
1 ədəd bibər,
1 ədəd pomidor,
Yarım dəstə göyərti,
12 xörək qaşığı duru yağ,
Ala bildiyi qədər duz,

Hazırlanması:
Əvvəlcə göbələklərin govdəsini ayırin.
Sonra göbələklərin içərisini təmizləyin.
Təmizlədiyiniz göbələkləri yuyun.
Pendiri rəndələyin.
Pomidoru, bibəri, göyərtini də kiçik-kiçik doğrayın.
Bütün ərzaqlar hazır olduqdan sonra “Pendirli tərəvəzli göbələk ” yeməyini bişirməyə hazırlayaq.
Əvvəlcə doğradığımız pomidoru, bibəri, göyərtini də qataraq qarışdırın.
Sonra üzərinə duru yağı əlavə edib bir az daha qarışdırın.
Qarışıma göbələyin gövdəsini də rəndələyib qatın və yaxşıca qarışdırın.
Duzunu da əlavə edib qarışdırın.
Pendirli göbələyik üçün içliyiniz hazırdır.
Göbələklərin içərisinə hazırladığınız qarışımdan yığaraq istiyə davamlı bir qaba düzün.
Bütün göbələklərin içərisini doldurduqdan sonra bişirmə prosesinə başlayaq.
Sobanı əvvəlcədən qızdırın.
Hazır göbələkləri sobaya verin.
Bişənə yaxın göbələkləri sobadan çıxardaraq üzərinə rəndələdiyiniz pendiri əlavə edərək yenidən bişmək üçün sobaya verin.
Artıq “Pendirli tərəvəzli göbələk” servis üçün hazırdır.
İsti halda süsləyərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, göbələklərin, göbələkləri, Əvvəlcə, sonra, sobaya, verin, “Pendirli, bibəri, kiçik, Bütün, içərisini, göyərtini, Sonra, tərəvəzli, pendiri, servis, üzərinə, göbələk
BİZİ İZLƏYİN