• Çöp şişdə pomidorlu quzu kababı resepti

Reseptin məlumatları Baxış sayı: 7 688

Tarix : 4-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : evdar_az


Tərkibi:
500 qr kiçik tikə quzu əti
16 ədəd kiçik pomidor

Marinad üçün:
1 ədəd iri baş soğan
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq

Hazırlanması:
Əti marina etmək üçün ilk öncə soğanı rəndələyin və suyunu sıxın. Rəndələnmiş soğan suyunu bir qaba tökün, üzərinə zeytun yağı, rəndələnmiş sarmısaq, duz və istiotu əlavə edib qarışdırın. Kiçik tikələnmiş əti qarışığa əlavə edib marinad edərək 2 saatlıq soyuducuya yerləşdirin.
Daha sonra çöp şişlərə bir tikə ət, bir ədəd kiçik pomidor düzün. Bu cərgəylə ətləri və pomidorları çöp şişlərə düzün və teflon (yapışmayan səthli) tavada çevirərək bişirin.
Bişən quzu kababını süfrəyə göyərtiylə birlikdə verin.

Nuş olsun!
Etiketlər: quzu, kababı
BİZİ İZLƏYİN