• Sobada ilik kababı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10 631

Tarix : 11-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : evdar_az


Tərkibi:
3 ədəd sümük iliyi
3 ədəd yaşıl soğan
4 diş sarımsaq
6 dilim çörək
zövqə görə duz

Hazırlanması:
Sümük iliklərini duzlayın və dərin soba sinisinə və ya qazana (sobaya qoya biləcəyiniz) yerləşdirin.

Sobada ilik kababı resepti - FOTO RESEPT


Əvvəlcədən 230 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin. Sümük ilikdən ayrılacaq dərəcə yumşalıbsa demək hazırdır.

Sobada ilik kababı resepti - FOTO RESEPT


Sümük iliyi bişən müddətdə çörək dilimlərini yağsız tavada qızardın və sarımsağı isti çörəyin üzərinə sürtərək ovun. Yaşıl soğanları doğrayın. Sobadan götürdüyünüz sümük iliklərini dərhal süfrəyə verin.

Sobada ilik kababı resepti - FOTO RESEPT


Çay qaşığıyla sümüyün içərsinidəki iliyi çıxarıb sarımsaqlı çörəyin üzərinə yaxın. Doğranmış soğan səpib yeyə bilərsiniz.

Nuş Olsun!
Etiketlər: sobada, ilik, kababı
BİZİ İZLƏYİN