• Mərci kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 14 507

Tarix : 19-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan qırmızı mərci,
2 stəkan xırda düyü (ince bulgur),
2 ədəd soğan,
yarım (½) stəkan zeytun yağı,
3 qaşıq pomidor tomatı,
yarım (½) stəkan isti su,
1 dəstə cəfəri,
6 ədəd yaşıl soğan,
1 litr su,
1 çay qaşığı duz,
1 çay qaşığı zirə,
1 çay qaşığı qırmızı bibər,
1 çay qaşığı istiot,
10 ədəd kahı yarpağı

Hazırlanması:
İlk olaraq 1 stəkan mərci yuyulur, üstünə 1 litr su tökülərək bişirilir. Mərcini yumşalıb tam bişənə və suyu çəkilənə qədər bişirmək lazımdır. Sonra qazı söndürüb qazana iki stəkan xırda düyü (ince bilgur) əlavə edin, qapağını örtüb 35-40 dəqiqə beləcə saxlayın.

İndi digər materialların hazırlanmasına keçək. Əvvəlcə tavada zeytun yağında kiçik doğranmış soğanları pörtənə qədər bişirin. Daha sonra tavaya üç qaşıq tomat, qırmızı bibər və istiotu əlavə edib qarışdırın. Tavaya yarım (½) stəkan isti su töküb 1-2 burum qaynadın. Hazırladığınız tomat qarışığını bayaqkı mərci və düyünün üzərinə töküb qarışdırın və yenidən qazanın qapağını bağlayın.

Təmizləyib yuduğunuz kahını nimçələrə düzün.

Kənarda yaşıl soğan və cəfərini yuyub incə-incə doğrayın. Bu göyərti, duz və zirəni qarışığa əlavə edərək yaxşıca yoğurun. Sonra qarışıqdan qozdan bir az böyük parçalar qoparıb əlinizdə sıxaraq şəkil verin və boşqabdakı kahının üzərinə düzün. Artıq mercimekli köfte, yəni mərci kotleti hazırdır.

Nuş olsun!
Etiketlər: stəkan, mərci, qaşığı, əlavə, soğan, yarım, qırmızı, qədər, bibər, üzərinə, Sonra, düzün, yaşıl, tomat, zeytun, töküb, xırda, qaşıq, qapağını, qarışdırın
BİZİ İZLƏYİN