• Balıq buğlaması resepti

Reseptin məlumatları Baxış sayı: 8 953

Tarix : 8-12-2020, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş
2 ədəd pomidor – qabığını soyub, doğrayın
1 ədəd yaşıl bibər – doğrayın
1 ədəd kərəviz sapı – doğrayın
yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
duz, istiot

Hazırlanması:
1. Qazan və ya dərin tavanın dibinə balıqları düzün.
2. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı.
3. Qazanın qapağını örtün və buğlamanı vam odda təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin.
4. Çörəklə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: doğrayın, istiot, düzün, bibər, kərəviz, pomidor, cəfəri, dəfnə, limon, qapağını, Qazanın, üstündən, ərzaqları, Qalan, qaydada, balığın, örtün, səpin, təxminən, bişirin
BİZİ İZLƏYİN