• Brizol resepti

Reseptin məlumatları Baxış sayı: 16 211

Tarix : 11-10-2014, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
300 q toyuq qiyməsi
50 q pendir
duz

Omlet üçün:
4 yumurta
4 ç.q. süd
duz
istiot

Hazırlanması:
Brizol - təamın adı deyil, hazırlanma qaydasıdır, hərfi mənası - omletin içində qızardılmış deməkdir.

1 yumurtanı 1 ç.q. süd, duz, istiotla çalıb nazik omlet (blinçik kimi) bişirin. Bu üsulla 4 omlet hazırlayın.

Toyuq qiyməsini duzlayın, xoşladığınız ədviyyatlar, azca da su vurun, qarışdırın. Sonra omletin üzərinə nazik qatla yayın. Omleti rulet kimi bükün. Hazır ruletləri siniyə yanaşı düzün, üstünə sürtgəcin iri gözündən keçirilmiş pendir səpin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bunu süfrəyə düyü, kartof püresi və digər tərəvəzlərlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: nazik, omlet, bişirin, omletin, pendir, ruletləri, düzün, yanaşı, siniyə, bükün, qatla, üzərinə, Sonra, yayın, Omleti, üstünə, rulet, Hazır, gözündən, püresi
BİZİ İZLƏYİN