• Hind üsulu mərci resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 917

Tarix : 11-10-2014, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ortaboy soğan
2 x.q. bitki yağı
1 xırda darçın budağı
zəncəfil (zövqə görə)
200 q qırmızı mərci
2,5 st. su
3 x.q. yağlı qaymaq
kayen istiotu (zövqə görə)
duz
0,5 limonun şirəsi və sedrası
1 dəfnə yarpağı
1 əzilmiş sarımsaq
1,5 x.q. doğranmış təzə nanə
Hind üsulu mərci resepti - FOTO RESEPT


Hazırlanması:
Soğanı xırda doğrayıb yağda yumşalınca qovrulun. Darçın budağı, yuyulmuş mərcimək, təmizlənib sürtgəcdən keçirilmiş zəncəfil əlavə edib 2 dəqiqə qovurun.

İsti suda qaymağı əridin, istiot əlavə edib mərcinin üstünə tökün. Qarışdırın, qaynara düşəndə limon sedrası, dəfnə yarpağı, sarımsaq əlavə edərək tavanın qapağını örtüb 30-40 dəqiqə bişirin. Tez-tez qarışdırın.
Hind üsulu mərci resepti - FOTO RESEPT


Mərci bütün suyu çəkəndən sonra duz əlavə edib, üstünə limon şirəsi gəzdirin. Daha 5 dəqiqə bişirin. Nanəni xırda doğrayıb əlavə edin, qarışdırın.

Süfrəyə verərkən üstünü karamelizə edilmiş soğan, limon sedrası və nanə yarpaqları ilə bəzəyin.
Hind üsulu mərci resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, xırda, sedrası, limon, dəqiqə, dəfnə, üstünə, sarımsaq, qarışdırın, şirəsi, bişirin, doğrayıb, yarpağı, budağı, soğan, zövqə, zəncəfil, düşəndə, yarpaqları, edərək
BİZİ İZLƏYİN