• Sobada göbələkli püre resepti

Reseptin məlumatları Baxış sayı: 20 719

Tarix : 1-06-2014, 12:16

Bölmə : Quru yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi
2 su stəkanı göbələk
1 ədəd quru soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
2 xörək qaşığı zeytun yağı
6 ədəd orta ölçülü qaynadılmış kartof (rəndələnmiş)
1-2 su stəkanı rəndələnilmiş təzə kaşar pendiri
2 ədəd yumurta
1 xörək qaşığı un

Hazırlanması:
Əvvəl qabıqlarını soyub kartofları qaynadın. Süzdürüb, rəndələyin ya da əziciylə tam əzilmiş hala gələnə qədər əzin. Bir tavada rəndələnilmiş quru soğanı duru yağda qovurun.Üzərinə, incə doğranmış göbələkləri əlavə edib, 4-5 dəqiqə daha qovurun.
Duzunu, qara bibərini əlavə edib ocaqdan götürün. Kartof püresinə, unu, yumurtanı və kaşar pendirini əlavə edib yaxşıca qarışdırın. İstiliyə dayanıqlı bir şüşə qaba əvvəl göbələkli içliyi yayın. Üzərini kartoflu içliyi bağlanın.
175 dərəcəyə nizamlanmış sobada 20-25 dəqiqə bişirib servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, kaşar, dəqiqə, rəndələnilmiş, qovurun, içliyi, xörək, stəkanı, püresinə, Kartof, pendirini, yaxşıca, götürün, yumurtanı, bibərini, olsun, servis, Duzunu, qarışdırın
BİZİ İZLƏYİN