Tərkibi:1 ədəd iri ənginar (yaxud 2 ortaboy)
Sous üçün:3-4 şampinyon
kərə yağı
qaymaq
un
0,5 diş sarımsaq
duz
qara istiot
Hazırlanması:Ənginarın yalnız dibi və ləçəklərinin ətli hissəsi yeməlidir. Buna görə də onu müxtəlif cür təmizləyib hazırlayırlar.
Ənginar çiçəyinin üstdən 1/3-ni kəsin. Sonra qayçı ilə hər ləçəyin ucundakı iti hissəni kəsin.
Sonra içindəki yeyilməyən telləri təmizləyin (ənginarı qaynadandan sonra bunu təmizləmək daha asan olur).
Ənginarları içinə limon sıxılmış duzlu suya qoyun (su üstünə çıxınca). 15-20 dəqiqə, hazır olanacan bişirin (hər tərəvəzdə olduğu kimi, bıçağı batırın, asanlıqla dəlirsə, deməli, hazırdır).
Sous:Şampinyonları doğrayın. Tavaya kərə yağı qoyun, azca əriyəndən sonra isə şampinyonları əlavə edin. Suyu çıxanacan bişirin (tavanın qapağını örtməklə). Duzlayıb-istiotlayın. Əzilmiş sarımsaq, qaymaq əlavə edin, azca qatılaşanacan bişirin. Əgər çox qatı sous istəyirsinizsə, 1 ç.q. un əlavə edin.
Ənginarları boşqaba düzün. İçinə göbələkli sousu doldurun.
Nuş olsun!
Etiketlər: əlavə, bişirin, Sonra, sonra, Ənginarları, qoyun, kəsin, sarımsaq, qaymaq, asanlıqla, batırın, Şampinyonları, dəlirsə, deməli, göbələkli, hazırdır, bıçağı, olanacan, olsun, hazır