• Qaraciyərdən oladi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 430

Tarix : 13-10-2014, 19:00

Bölmə : Quru yeməklər / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qaraciyər (mal)
1 baş soğan
1/2 st. süd
1 yumurta
4 dolu x.q. un
1/2 ç.q. qabartma tozu (və ya söndürülmüş soda)
duz
istiot
qurudulmuş reyhan

Arası üçün:
2-3 baş soğan
1-3 yerkökü
duz
istiot
sarımsaq (yaxud sarımsaq cücərtisi)
2 x.q. xama
bitki yağı

Hazırlanması:
Qaraciyəri yuyub pərdə və damarlardan təmizləyin. Pərdə asan aralansın deyə üstünə qaynar su tökün. Qaraciyəri, soğanı iri doğrayın, ət maşını, yaxud blenderdən keçirin. Buna süd, yumurta, ədviyyat, qabartma tozu, az-az un əlavə edin. qarışdırın.

Bitki yağına 1 xörək qaşığı olmaqla bu qarışıqdan salaraq hər iki üzünü qızardın.

Bunu süfrəyə belə də verə bilərsiniz. Amma bir az orijinallıq da etmək olar.

Soğanı doğrayıb, yerkökünü sürtgəcdən keçirin. Bitki yağında tavanın qapağını örtməklə hazır olanacan qovurun. Arada duz, istiot vurun. Lap sonda xırda doğranmış sarımsaq və xama əlavə edin.

Siniyə lay-lay qovrulmuş tərəvəzləri və oladiləri düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Qaraciyərdən oladi resepti - FOTO RESEPT

Qaraciyərdən oladi resepti - FOTO RESEPT

Qaraciyərdən oladi resepti - FOTO RESEPT

Qaraciyərdən oladi resepti - FOTO RESEPT

Qaraciyərdən oladi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, sarımsaq, Bitki, Qaraciyəri, əlavə, keçirin, soğan, yaxud, yumurta, qabartma, tavanın, yağında, qapağını, hazır, örtməklə, bilərsiniz, sürtgəcdən, doğrayıb, Soğanı, olanacan
BİZİ İZLƏYİN