• Bekonlu çizburger resepti

Reseptin məlumatları Baxış sayı: 15 047

Tarix : 10-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
600 q qiymə
0,5 ç.q. duz
istiot
3-4 damcı «Tabasko» sousu
2 x.q. bitki yağı
1 pomidor
1 balaca qırmızı soğan
1 xiyar
4 kahı yarpağı
8 dilim bekon
4 üstü küncütlü hamburger bulkası
4 ç.q. mayonez
4 dilim çedder pendiri
4 ç.q. ketçup

Hazırlanması:
Qiymənin içinə duz, istiot, «Tabasko» sousu əlavə edib qarışdırın, 4 kotlet hazırlayın. Bitki yağında hər iki üzü qızaranadək bişirin, sonra ocağı azaldıb daha 2-3 dəqiqə bişirin.
Pomidor, xiyar və soğanı halqa doğrayın. Kahı yarpaqlarını yuyun. Bekon dilimlərini yanmayan tavada hər iki üzü qızılı rəng alanadək qızardın, salfetkanın üstünə düzüb yağının çəkilməsini gözləyin.

Bulkaları tosterdə azca qızdırın, yarı bölün. Hər bulkanın alt hissəsinə 1 ç.q. mayonez çəkin, 1 kahı yarpağı qoyun. Sonra lay-lay düzün: kotlet + soğan + pendir + xiyar + pomidor + 2 dilim bekon + 1 ç.q. ketçup + bulkanın üstü.

Nuş olsun!
Etiketlər: dilim, xiyar, bekon, bulkanın, mayonez, kotlet, ketçup, bişirin, soğan, yarpağı, «Tabasko», istiot, pomidor, sousu, salfetkanın, yanmayan, üstünə, düzüb, yuyun, qızardın
BİZİ İZLƏYİN