• Kələmli şnitsel resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 288

Tarix : 14-10-2014, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ağ kələm
yumurta
duz
qara istiot
suxarı
bitki yağı

Hazırlanması:
Kələmin yarpaqlarını ayırın. Qaynayan duzlu suya salıb bişirin. Yarpaqlar yumşalanda (bunlar didik-didik olmamalıdır, yoxsa heç bir dadı olmaz), təxminən 5 dəqiqə sonra, çıxarıb aşsüzənə yığın.
Kələmli şnitsel resepti - FOTO RESEPT


Bir qabda yumurtaları çalıb duz-istiot vurun. Başqa qabın içinə xırda suxarı səpin. Kələm yarpaqlarını 2, yaxud 4 yerə (ölçüsündən asılı olaraq) qatlayın. Yumurtanın içinə bir neçə dəfə salıb-çıxarın, sonra suxarıya batırın. Yaxşı qızdırılmış bitki yağında hər iki üzünü qızardın.
Kələmli şnitsel resepti - FOTO RESEPT


Bunu qarnir kimi, yaxud xama və ya xama sousu (xama + sarımsaq və ya xama + göyərti) ilə süfrəyə verə bilərsiniz.
Kələmli şnitsel resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yaxud, yarpaqlarını, içinə, sonra, salıb, bitki, didik, istiot, suxarı, qatlayın, çıxarın, Yumurtanın, ölçüsündən, səpin, xırda, Kələm, suxarıya, asılı, olaraq, yağında
BİZİ İZLƏYİN