• Sadə buğlama resepti

Reseptin məlumatları Baxış sayı: 19 857

Tarix : 15-10-2014, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq yağlı qoyun əti
4 pomidor
3 bolqar bibəri
6-7 soğan
4-5 diş sarımsaq
1 st. soyuq su
duz
istiot

Hazırlanması:
Soğanları uzununa doğrayın. Sümüklü əti doğrayın, duz, istiot və soğanla qarışdırın.

Pomidorların qabığını soyub halqa, bibəri jülyen (saman kimi) doğrayın. Qazanın dibinə ətlə soğanı qoyun, bunların üstünə bibəri döşəyin. Lap üstdən pomidoru düzün, duz və istiot səpin. 1 st. soyuq su töküb vam odda təxminən iki saat bişirin.

Nuş olsun!
Etiketlər: istiot, doğrayın, bibəri, soyuq, qoyun, saman, üstünə, döşəyin, bunların, dibinə, soğanı, Qazanın, düzün, təxminən, bişirin, olsun, töküb, səpin, pomidoru, jülyen
BİZİ İZLƏYİN