• Badımcanlı buğlama resepti

Reseptin məlumatları Baxış sayı: 20 872

Tarix : 15-10-2014, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qoyun əti
1,2 kq pomidor
400 q soğan
4-5 kartof
2-3 badımcan
2-3 yarpaq keşniş
0,5 st. su
acı istiot
duz

Hazırlanması:
Qoyun ətini doğrayıb yuyun. Pomidorların qabığını soyub doğrayın. Baş soğanı xırda doğrayın. Kartofu təmizləyib-yuyub iri doğrayın. Badımcanları halqa doğrayın. Qazana lay-lay: soğan, ət, kartof, pomidor, badımcan, acı bibər, xırda doğranmış göyərti döşəyib su tökün. Qapağını bağlayıb vam odda təxminən 2 saat bişirin. Bu müddətdə qapağını açmayın.

Nuş olsun!
Etiketlər: doğrayın, badımcan, kartof, xırda, pomidor, soğan, göyərti, döşəyib, doğranmış, Qazana, halqa, tökün, bibər, bağlayıb, qapağını, olsun, müddətdə, bişirin, Badımcanları
BİZİ İZLƏYİN