• Xüsusi buğlama resepti

Reseptin məlumatları Baxış sayı: 26 267

Tarix : 15-10-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq yağlı sümüklü quzu əti
2 iri soğan
2 bibər
5-6 albuxarı (olmasa, alça)
50 ml çaxır (və ya 2 desert qaşığı sirkə)
1 dəstə cəfəri
1 alma (və ya heyva)
2 pomidor
acı bibər
duz
istiot
0,5 st. su
kəklikotu

Hazırlanması:
Əti tikələrə doğrayıb qazanın dibinə yığın.

Soğanı, bibəri halqa, cəfərini xırda doğrayın, almanı, pomidoru kubik şəklində doğrayıb, qarışdırın. Üzərinə duz, istiot, sirkə vurub yenidən qarışdırın.

Qarışığı ətin üzərinə düzün. 0,5 st. su tökün. Ara-sıra 5-6 ədəd albuxarı (yaxud alça) qoyun. Üzərinə kəklikotu səpin. Ağzını örtün, 2-3 saat vam odda bişirin.

Nuş olsun!
Etiketlər: doğrayıb, istiot, qarışdırın, Üzərinə, albuxarı, bibər, sirkə, kəklikotu, vurub, yenidən, şəklində, doğrayın, almanı, pomidoru, kubik, üzərinə, Ağzını, örtün, bişirin, olsun
BİZİ İZLƏYİN