• Kirpi küftələr resepti

Reseptin məlumatları Baxış sayı: 14 037

Tarix : 18-03-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qiymə
baş soğan
sarımsaq
2 st. düyü
1 yumurta
250 q xama
100 q mayonez (bunsuz da olar)
2 x.q. tomat pastası və ya 4 x.q. ketçup
duz
istiot
ədviyyat (istəyə görə: quru nanə, qırmızı istiot, zirinc və s.)

Hazırlanması:
Düyünü bişirin, amma tam hazır olmasın (plov süzəndə yarımçıq götürdüyünüz kimi). Süzüb soyudun, qiymə ilə qarışdırın. Əzilmiş sarımsaq, blenderdən keçirilmiş soğan, duz, istiot, ədviyyat, yumurta əlavə edib qarışdırın. Bu qarışıqdan küftələr düzəldib siniyə yığın (iki lay da yığa bilərsiniz). Küftələrin yarısına qədər (iki laydırsa, birincinin yarısınadək) siniyə su tökün. Xama, mayonez, tomat pastası və ya ketçupu qarışdırıb bunun üzərinə tökün. Elə edin ki, bütün küftələrin üstü bu sousla örtülsün. 200 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
Kirpi küftələr resepti


Nuş olsun!
Etiketlər: istiot, qiymə, pastası, bişirin, qarışdırın, tökün, tomat, ədviyyat, siniyə, yumurta, sarımsaq, mayonez, soğan, ketçupu, yarısınadək, birincinin, qədər, bilərsiniz, qarışdırıb, Küftələrin
BİZİ İZLƏYİN