• Zeytun yağlı yarpaq sarması resepti

Reseptin məlumatları Baxış sayı: 23 089

Tarix : 18-10-2014, 17:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 ədəd baş soğan
1 st. zeytun yağı
1,5-2 x.q. şam fıstığı (dolmalıq fıstıq, sidr tumu)
2 st. düyü
1 x.q. nanə qurusu
1-1,5 ç.q. qara istiot
1 ç.q. darçın
2 qənd parçası
2 x.q. quşüzümü
0,5 limonun şirəsi
1 st. doğranmış cəfəri
1 ç.q. duz
1 st. qaynanmış su
0,5 kq yarpaq
0,5 st. zeytun yağı
2 st. qaynanmış su

Hazırlanması:
Soğanları xırda doğrayıb 1 st. zeytun yağı və fıstıqla qovurun (fıstıqlar qızaranadək). 2 st. düyünü yuyub soğanlara əlavə edin. 1-2 dəqiqə qovurun. Sonra növbə ilə quru nanə, qara istiot, darçın, qənd, quşüzümü, limon şirəsi və cəfərini əlavə edib qarışdırın. 1 ç.q. duz və 1 st. qaynanmış su əlavə edin. Vam odda düyü suyu çəkənə qədər dəmləyin. Düyü suyu çəkəndən sonra ocaqdan götürün. Soyudun.

Yarpağı ilıq suda 4-5 dəfə suyunu dəyişməklə yuyun. Sonra ehtiyatla sıxaraq sudan çıxarın. Hər yarpağın içinə 1 ç.q. iç qoyub uzununa bükün.

Sarmanı bişirəcəyiniz qazanın içinə bir lay yarpaq sərin. Üzərinə sarmaları düzün. Sonra üstünə yarpaq döşəyib 0,5 st. zeytun yağı gəzdirin. Turşməzə olmasını istəyənlər aralarına limon dilimləri qoya bilərlər.
Yarpaqların üzərinə bir boşqab qoyub 2 st. qaynanmış su tökün. Qazanı ocağın üstünə qoyun. Su qaynayınca ocağı azaldıb 30 dəqiqə bişirin.

Hazır olandan sonra soyudun. Buluda düzün, limon və cəfəri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: zeytun, qaynanmış, əlavə, Sonra, limon, yarpaq, üstünə, qoyub, sonra, qovurun, dəqiqə, içinə, cəfəri, düzün, darçın, quşüzümü, istiot, şirəsi, olmasını, aralarına
BİZİ İZLƏYİN