• İspanaqlı siqara böreyi resepti

Reseptin məlumatları Baxış sayı: 23 850

Tarix : 19-10-2014, 22:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd hazır yuxa
300 q ispanaq
2 balaca baş soğan
2-3 x.q. duru yağ
1 çimdik duz
1 yumurta
250 q bərk ağ pendir
qızartmaq üçün duru yağ

Hazırlanması:
Yuxaları üst-üstə qoyub hər birini 4 yerə bölün (16 ədəd üçbucaq yuxa alınacaq).
İspanaqları təmizləyib yuyun, dəsmalın üzərinə sərib suyunun çəkilməsini gözləyin.

Bir tavada bitki yağını qızdırın, ispanaqları əlavə edin, bir çimdik duz vurun, yumşalana qədər qarışdıraraq qovurun.
Soğanları 4-5 yerə bölüb pendir, qovrulmuş ispanaq və 1 yumurta ilə birlikdə blenderə qoyun. Püre alınanadək xırdalayın.

Hazırlanmış içdən yuxaların (üçbucaqların) geniş tərəfinə qoyaraq rulet kimi bükün. Qıraqlarını içinə bükün. Uc hissəsini azca əlinizlə yaşlayıb yapışdırın. Qaynar duru yağda qızardın.

Nuş olsun!
Etiketlər: pendir, bükün, yumurta, çimdik, ispanaq, Hazırlanmış, xırdalayın, üçbucaqların, içdən, yuxaların, alınanadək, birlikdə, Soğanları, qovurun, bölüb, qovrulmuş, blenderə, geniş, qoyun, rulet
BİZİ İZLƏYİN