• Tanduri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 546

Tarix : 17-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq toyuq budu
250 q qatıq
1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
1 x.q. sürtgəcdən keçirilmiş sarımsaq (təxminən 4 diş)
1 surtgəcdən keçirilmiş soğan
1 x.q. üyüdülmüş qırmızı istiot
1 x.q. üyüdülmüş zirə
1 ç.q. üyüdülmüş darçın
1/2 ç.q. duz
0,5 limonun şirəsi
1/4 ç.q. qara istiot
1/4 ç.q. hil
1/4 ç.q. üyüdülmüş keşniş toxumu
1/4 ç.q. üyüdülmüş mixək
4 balaca qırmızı soğan
limon dilimləri və keşniş (bəzək üçün)

Qarnir:
düyü
Tanduri resepti - FOTO RESEPT


Hazırlanması:
Metal olmayan bir ləyəndə qatığı, zəncəfili, soğanı, sarımsağı, limon şirəsini, bütün ədviyyatları və duzu qarışdırın. Təmizlənmiş toyuq budlarını bu sousa qoyub qarışdırın. Üzərinə qida plyonkası çəkib ən azı 6 saat soyuducuda saxlayın.
Tanduri resepti - FOTO RESEPT

Tanduri resepti - FOTO RESEPT


Sinini yağlayın. Qırmızı soğanları halqa doğrayıb siniyə bir lay düzün. Üstündən toyuq budlarını düzün. 250 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Bu müddətdə budların rəngi qıpqırmızı rəng alacaq (qırmızı istiotdan fərqli olaraq, rəng azacıq dəyişə bilər). Bıçaqla budları bir neçə yerdən deşin, içindən axan şirəsi şəffaf olmalıdır.
Tanduri resepti - FOTO RESEPT

Tanduri resepti - FOTO RESEPT


Düyünü yuyub, aş süzün.

Tandurini hindlilər mütləq aş və limon dilimləri ilə süfrəyə verirlər. Üzərinə həmçinin kişniş yarpaqları düzün.
Tanduri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üyüdülmüş, limon, qırmızı, keçirilmiş, düzün, toyuq, qarışdırın, keşniş, budlarını, Üzərinə, dilimləri, istiot, şirəsi, sürtgəcdən, soğan, təxminən, dərəcə, istiotdan, fərqli, olaraq
BİZİ İZLƏYİN