• Toyuqlu spiral resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 245

Tarix : 21-10-2014, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd toyuq filesi
0,5 kq hazır yağlı xəmir
200 q mayonez
1 yumurta
1 x.q. acika
duz, istiot
50 q pendir
Toyuqlu spiral resepti - FOTO RESEPT


Hazırlanması:
Əvvəlcə toyuğu marinə etmək lazımdır. Mayonezə 1 yumurta və acika, duz, istiot əlavə edib qarışdırın. Fileni 1,5 sm qalınlıqda, 15 sm uzunluqda şəridlərə bölün. Bunları marinada qoyub bütün gecəni saxlayın.
Hazır yağlı xəmirin donunu açın. 1 smx20-25 sm ölçüdə şəridlərə doğrayın.
File şəridlərini marinaddan çıxarıb xəmiri spiral kimi üstünə dolayın. Siniyə düzün. Pendiri sürtgəcin iri gözündən keçirərək «spiral»ların üzərinə səpin.
Toyuqlu spiral resepti - FOTO RESEPT

Toyuqlu spiral resepti - FOTO RESEPT

Toyuqlu spiral resepti - FOTO RESEPT


Sobanı əvvəlcədən 180 dərəcədə qızdırın. "Spiral"ları bu dərəcədə 15-20 dəqiqə bişirin.
Toyuqlu spiral resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: acika, dərəcədə, şəridlərə, yumurta, istiot, yağlı, smx20, üstünə, dolayın, Siniyə, düzün, spiral, çıxarıb, doğrayın, marinaddan, Pendiri, ölçüdə, şəridlərini, xəmiri, keçirərək
BİZİ İZLƏYİN