• Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 274

Tarix : 21-10-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-2 kq göyərti:
keşniş
şüyüd
kəvər
ispanaq
turşəng
tərxun
göy sarımsaq (istəyə görə)
6 baş soğan
1 kq qoyun əti
yağ
düyü (iki nəfərə 1 st. hesabı ilə)

Hazırlanması:
Qoyun ətini təxminən 4x4x4 sm tikələrə doğrayıb qazana yığın. Bir az su tökün, 1 baş soğan qoyun. Güclü odun üstünə qoyun, qaynayan kimi odu azaldın, kəfini yığın (soğan qoyun ətinin qoxusunu aparır). Ət bişəndən sonra soğanı atın. Əti başqa qaba qoyub bulyonunu süzün.

Qalan baş soğanları xırda doğrayın. Tavaya 2-3 x.q. yağ əlavə edib soğanı qovurun. Əvvəlcə güclü odun üstündə qovurun, sonra isə ocağı azaldın. Soğan şəffaflaşan kimi əti də əlavə edib qovurun. Qovrulandan sonra bunların hamısını hündür qazanın içinə tökün.
Göyərtini doğrayın. Ət olan qazanı güclü odun üzərinə qoyub yağ əlavə edin. Sonra odu azaldın. Göyərtini əlavə edin. 4-5 x.q. bulyon əlavə edib qarışdırın. Əvvəlcə göyərtinin həcmi çox böyük olacaq, sonra azalacaq. Bu zaman yenə bulyon əlavə edib bişirin.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Düyünü yuyub 1 saat isladın. Qaynar, duzlanmış suda bişirib süzün. Lavaşı əl boyda hissələrə ayırın. Aş dəmləyəcəyiniz qazanda kərə yağını əridin. Lavaşları arasına yağ tökməklə iki qat düzün. Süzdüyünüz düyünü üstünə döşəyin. Üstünə yağ gəzdirin. Taxta qaşığın ucu ilə bir neçə yerdə dərin çalalar açın. Qazanın qapağını dəsmala bükün, plovu dəmə qoyun.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Hazır olandan sonra düyünü ayrıca buluda, səbzini isə ayrı qaba çəkin.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qoyun, sonra, qovurun, azaldın, soğan, süzün, Göyərtini, düyünü, üstünə, bulyon, doğrayın, soğanı, qoyub, Əvvəlcə, güclü, yığın, tökün, hissələrə, qazanda
BİZİ İZLƏYİN