• Suşi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 80 447

Tarix : 21-10-2014, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ev şəraitində suşi, roll hazırlamaq çətin deyil. Birinci dəfədən gözəl alınmasa, həvəsdən düşmək də lazım deyil.

Suşinin bir neçə tipi var:

1. nigiri- sıxılmış suşi, barmaq boyda sıxılmış, üzərində balıq tikəsi olan suşi.
2. maki - rollar, düyünün dəniz məhsulları və tərəvəzlərlə kombinasiyalarıdır, bunlar nori yosununa rulet kimi bükülür, sonra xırda doğranır.
3. çiraşi-suşi - Yaponiyada çox yayılmış suşidir. Düyü xırda qaba yığılır, üzərinə müxtəlif dəniz məhsulları və tərəvəz qoyulur.
4. oşi-suşi - sıxılmış suşidir, marinə edilmiş balıq xırda kasanın içinə qoyulur, üzəri tamamilə düyü ilə qapanır, qabın ağzına plyonka çəkilir, müəyyən müddət sonra kasa tərs çevrilir və balıq üstə olmaqla qoyulur, bir neçə hissəyə bölünür.
5. qarışıq - müxtəlif üsullarla hazırlanmış suşi, məsələn, fukuza-suşi - qayğanaq kvadrat şəklində bişirilir və düyü ona bükülür.

Bir neçə cür suşinin hazırlanma qaydasını təqdim edirik:

Tərkibi (şəklə baxın):
1. suşi üçün düyü (yumru)
2. nori - quru dəniz yosunu
3. düyü sirkəsi
4. soya sousu
5. qızılbalıq filesi
6. tuna balığının filesi
7. təmizlənmiş krevetka
8. skumbriya filesi
9. marinə edilmiş zəncəfil
10. vasabi pastası (yaxud quru vasabi)
11. qaymaqlı pendir (məsələn, "Filadelfiya" rollu üçün eyniadlı pendir)
12. krab çöpləri
13. hisə verilmiş qızılbalıq
14. xiyar
15. uçan balığın kürüsü (masaqo)
16. qovrulmuş küncüt
17. avokado
18. limon
19. göyərti
20. sake
Suşi resepti - FOTO RESEPT


Hazırlanması:
Həmçinin sizə çox iti bıçaq və rolları bükmək üçün bambuk lövhəcik (makisu) lazım olacaq. Eyni zamanda vasabinin tozundan istifadə etmək daha məsləhətlidir. Onu su ilə qarışdırıb 10 dəqiqə ərzində pasta almaq asandır.
Ərzaqlar müxtəlifdir və bunların hamısından birdən istifadə etmək, təbii ki, vacib deyil. Balıq əti dondurulmamış olmamalıdır. Yaxşı olar ki, xüsusi olaraq suşi üçün nəzərdə tutulan balıqdan istifadə edəsiniz (üzərində «sushi grade» yazısı olan).

Suşinin əsas komponenti balıq deyil, düyüdür. Suşinin dadı məhz düyünün necə hazırlanmasından asılıdır. Suşi üçün düyü növləri - Nishiki, Kahomai, Maruyu, Kokuho və Minori.

Düyünü soyuq suda yuyun (iki nəfərə 1 fincan hesabı). Suyu tez-tez dəyişin, tam şəffaf olanda, demək ki, düyü təmiz yuyulub. Suyu süzün. Əlinizlə düyünü sıxın, amma çalışın, xırdalanmasın. Qurudun.
Dərin qazana tökün, hər fincan düyü üçün 250 ml su götürün. Qapağını bağlayın, çox iti ocağın üstündə təxminən 5-7 dəqiqə qaynadın. Sonra ocağı azaldıb daha 12 dəqiqə bişirin. Bu müddətə su tamamilə çəkilməlidir. Qazanın qapağını açmadan ocaqdan götürüb, daha 15 dəqiqə dəmləyin.

Düyü hazırlananadək onun üçün sous hazırlayın: 2 fincan düyü üçün 50 ml düyü sirkəsi, 30 q şəkər tozu və 10 q duz lazım olacaq. Bunları qarışdırın. Hazır düyünün üzərinə töküb taxta qaşıqla qarışdırın. Sonra qabın dibinə yüngülcə yayın və üzərinə yaş dəsmal çəkin, soyudun.

Nigiri

Düyü soyuyanadək balığı doğrayın. Onu iti bucaq altında (masanın üzərinə nisbətdə 45 dərəcə) çox nazik dilimlərə kəsin (bu zaman balığı mişarlamaq lazım deyil, bıçağın bir hərəkəti ilə kəsməyə çalışın).

Bir böyük kasaya qaynanmış soyuq su, içinə də bir qədər düyü sirkəsi töküb qarışdırın. Nigiri hazırlayarkən əlləri tez-tez bu suda islatmaq lazım gələcək. Vasabi pastasını da yanınıza qoyun.

Sağ əlinizi isladıb düyüdən 1,5 x.q. böyüklükdə götürün. Azca ovcunuzda sıxıb azacıq oval forma verin. Sol əlinizlə balığı götürün, barmaqlarınız üzərində saxlayın. Sağ ovcunuzu açmadan şəhadət barmağınızı vasabiyə batırıb balığın üzərinə çəkin, sonra ovcunuzdakı düyünü balığın üzərinə qoyun. Sol əlinizin baş barmağıyla düyünün üzərindən azca basın. Sonra ovcunuzda ehtiyatla sıxıb forma verin. Balığı üstdə olmaqla boşqaba qoyun. Nigiri hazırdır.


Roll (maki)

Suşi rolları bambukdan olan lövhəciyin (makisunun) köməyilə hazırlanır. İçinə düyü, dəniz məhsulları və tərəvəzlərin ürəyiniz istəyən qarışığını qoya bilərsiniz.

Nazik rolların (xoso-maki) diametri təxminən 2 sm olur, onların içinə 1-2 komponent qoyulur. Bunların hazırlanmasında nori «vərəqinin» yarısı lazım olacaq (vərəqi iki qatlayıb qayçıyla kəsin). Bir hissədən 6 suşi-roll alınır.

Nori yarpağının bir üzü parıldayan və hamar, o biri üzü isə cod olur. Hamar üz həmişə üst tərəfdə qalır, cod hissənin üzərinə isə ərzaq döşənir.
Roll üçün balıq nazik şəridlərə doğranır.

Norinin hamar və parıldayan tərəfini makisunun üzərinə qoyun. Əlinizi sirkəli suda isladın. Təxminən 4 x.q. düyünü götürüb norinin üzərinə bərabər yayın. Bu zaman sizə yaxın tərəfindən 0,5 sm, qarşı tərəfdən isə 1 sm yer buraxın. Düyü qatının qalınlığı təxminən 7 mm olmalıdır. Daim əllərinizi suya batıraraq düyünü yayın. Şəhadət barmağınızı vasabiyə batırıb düyünün ortasına çəkin. Üzərinə isə iç qoyun, məsələn, tuna balığını.

Norinin aşağı tərəfi ilə makisunun aşağı tərəfinin ağız-ağza tutuşdurun, baş barmaqlarınızın köməyi ilə makisunu kənarını yuxarı qaldırın. Sonra sıxa-sıxa norini rulet kimi bükün. İçindən düyü düşərsə, barmaqlarınızla içinə basın, sıxın. Norinin ucundakı o 1 sm enindəki düyüsüz hissəyə barmağınızla sirkəli su çəkin, o zaman daha yaxşı yapışacaq. Sonra bıcaqla 6 yerə bölün.

Qalın rolların (futo-maki) diametri 5 sm olur. 5 komponentdən ibarət ola bilər. Bunun üçün bütöv nori vərəqi götürün. Yenə də norini parlayan üzü aşağı olmaq şərtilə makisunun üzərinə qoyun. Əlinizi sirkəli suda isladıb düyüdən götürün, norinin üzərinə çəkin, bu dəfə yuxarı kənardan 2 sm enində şəridi boş buraxın.
İstəyə görə düyünün üzərinə yapon mayonezi çəkə bilərsiniz. İçin komponentlərini uzun-uzun doğrayın, aşağı başdan 1,5-2 sm buraxaraq yanaşı qoyun. Heç vaxt bir-birinin üzərinə qoymayın, yalnız yanaşı olaraq norinin ortasına çatanadək qoya bilərsiniz. Baş barmaqlarınızla makisunu qaldırarkən o biri barmaqlarınızla içindəki ərzaqları saxlamağa çalışın. Səliqə ilə rulet kimi bükün.

Rolları kəsərkən bıçağı da sirkəli suya batırmaq lazımdır. Bunun üçün çox iti bıçağın ucunu suya salın, sonra ucu yuxarı olmaqla qaldırın, bu zaman su üzü aşağı süzülərək onun tiyəsini tamamilə isladacaq. Suşi ruletini «tikişi» (bitişən yeri) üzü aşağı olmaqla lövhənin üstünə qoyun. Bıçaqla yarıya bölün, sonra isə bu hissələri də ya üç, ya da dörd hissəyə kəsin.

Futo-maki hazırlayarkən çalışmaq lazımdır ki, rollun içində nori «ilbiz» effekti yaratmasın, yəni rollun içində yalnız inqredientlər, üzərində isə nori olmalıdır.

Rolları qəşəng, sadə sinilərə düzün, saxsı kasalara soya sousu süzün. Bunun içinə azca vasabi qarışdıra bilərsiniz. Həmçinin marinə edilmiş zəncəfil dilimi də qoymaq olar. Amma adətən, zəncəfil damağı əvvəlki suşinin dadından təmizləmək üçün istifadə olunur. Suşilər çubuqlarla götürülüb soya sousuna salınır, bir neçə saniyə orada saxlanılır və yeyilir.
Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT

Suşi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, qoyun, aşağı, lazım, düyünün, götürün, Sonra, içinə, çəkin, sonra, deyil, balıq, qoyulur, olmaqla, istifadə, dəqiqə, düyünü, dəniz, makisunun, bilərsiniz
BİZİ İZLƏYİN