• Qanfan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 308

Tarix : 22-10-2014, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal əti
2 baş soğan
2 bolqar bibəri (qırmızı və yaşıl)
3-4 pomidor
200 q göy lobya
2 diş sarımsaq
ispanaq
bitki yağı
duz, ədviyyat
düyü

Hazırlanması:
Soğanı, bibərləri və pomidorları kubik doğrayın. Sarımsağı sürtgəcdən keçirin. Göy lobya və ispanağı yuyub təmizləyin.
Qanfan resepti - FOTO RESEPT


Əti iri tikələrə doğrayıb yağda qovurun. Qızaranda üzərinə su töküb yumşalanacan bişirin. Sonra soğanı əlavə edin. Azca qovrulanda pomidoru əlavə edib soğan yumşalanadək ağzı bağlı tavada bişirin. Arada qarışdırın. Bibərləri və sarımsağı əlavə edin (istəyə görə doğranmış turp da qatmaq olar). İspanağı və göy lobyanı əlavə edin. Duz, ədviyyat vurun, qarışdırın. Lazım gələrsə, azca bulyon, yaxud su əlavə edə bilərsiniz.
Ocağı azaldın, vam odda daha 15-20 dəqiqə bişirin. Hazır sous bir qədər qatı olmalıdır.
Qanfan resepti - FOTO RESEPT

Qanfan resepti - FOTO RESEPT

Qanfan resepti - FOTO RESEPT

Qanfan resepti - FOTO RESEPT

Qanfan resepti - FOTO RESEPT


Düyünü yuyub 1 saat isladın. Hazır olanadək bişirin, süzün.
Qanfan resepti - FOTO RESEPT


Boşqaba düyü çəkin. Üzərinə azca sous qoyun. Sonra bir qat da düyü döşəyib, yenə sous tökün və göyərti ilə bəzəyin.
Qanfan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, bişirin, Sonra, Hazır, yuyub, lobya, ədviyyat, qarışdırın, soğan, gələrsə, Lazım, bulyon, yaxud, bilərsiniz, vurun, lobyanı, qatmaq, istəyə, sarımsağı, Ocağı
BİZİ İZLƏYİN