• Balıq küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 139

Tarix : 24-10-2014, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q ağ balığın filesi
1 yumurta
göy soğan
4 x.q. doğranmış cəfəri
4 x.q. doğranmış keşniş
2/3 st. çörək ovuntuğu
1/8 ç.q. zəfəran

Tomat sousu üçün:
4 pomidor
1 soğan
1/4 st. zeytun yağı
2 diş sarımsaq
1 ç.q. paprika (qırmızı istiot pastası)
1 ç.q. şəkər tozu

Hazırlanması:
Zəfəranın üzərinə 4 ç.q. isti su tökün. Balığı xırda doğrayın, yumurta, göyərti, çörək ovuntuğu, zəfəranın suyunu əlavə edib blenderdən keçirin. 3/4 ç.q. duz və qara istiot əlavə edin, qarışdırın.

Əlinizi isladın, qoz boyda küftələr tutun. Siniyə düzüb soyuducuya qoyun.

Tomat sousu üçün: pomidorların üzərinə qaynar su töküb qabığını təmizləyin, toxumlarını çıxarın, iri doğrayın. Zeytun yağında soğanı 5 dəqiqə qızardın, sonra sarımsaq və ədviyyat əlavə edin, bir neçə saniyə qovurandan sonra pomidoru, duz, istiot, şəkər tozu və 1 st. su əlavə edin. Qaynara düşəndə tavanın qapağını qoyun, vam odda 15 dəqiqə bişirin.

Balıq küftələrini ehtiyatla sousun içinə salın. Sous küftələrin üzərini tamamilə örtməlidir. Orta odda qaynara düşənədək bişirin, sonra ocağı azaldıb daha 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, sonra, bişirin, dəqiqə, sarımsaq, sousu, qoyun, şəkər, Tomat, doğrayın, üzərinə, yumurta, çörək, doğranmış, ovuntuğu, soğan, ədviyyat, saniyə, pomidoru
BİZİ İZLƏYİN