• Döşəmə-plov resepti

Reseptin məlumatları Baxış sayı: 47 171

Tarix : 28-10-2014, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
220 q qoyun əti
150 q düyü
40 q əridilmiş yağ
15 q kişmiş
15 q qaysı
15 q albuxara
10 q xurma
30 q şabalıd
100 q qabaq
istiot
duz

Hazırlanması:
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qazmaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərine tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstüne yağ tökülür.

Nuş olsun!
Etiketlər: şabalıd, qabaq, istiot, tökülür, qoyulur, dilim, meyvə, bişirilmiş, üzərine, onların, Ayrıca, tikələri, qarışığı, yerləşdirilir, Süfrəyə, yanına, üstüne, olsun, çəkilir, boşqaba
BİZİ İZLƏYİN