• Befstroqanov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 394

Tarix : 29-10-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq mal əti
2 orta baş soğan
90 q kərə yağı
1 x.q. 20%-li xama
0,5 ç.q. tomat pastası
0,5 ç.q. un
1 ç.q. acı xardal
qara istiot
dəfnə yarpağı
1 st. bulyon
Befstroqanov resepti - FOTO RESEPT


Hazırlanması:
Əti təmizləyib 0,6-10 mm qalınlıqda şəridlərə, bunları isə 5-6 sm uzunluqda zolaqlara doğrayın. Duzlayıb, qara istiot vurun, 2 saat saxlayın. Bu müddət ərzində ət yumşalacaq.
Befstroqanov resepti - FOTO RESEPT

Befstroqanov resepti - FOTO RESEPT

Befstroqanov resepti - FOTO RESEPT


Sous üçün: tavada 25 q kərə yağını əridin, unu qovurun, ət suyu (bulyon) əlavə edib qarışdırın, qaynara düşəndə xardal, xama, tomat pastası və dəfnə yarpağını əlavə edin. Ocaqdan götürün.

Başqa tavada 75 q kərə yağında ətləri qızılı rəng alana qədər qızardın.

Soğanı doğrayıb ətə əlavə edin, birlikdə qovurun. Sousu əlavə edin, tavanın qapağını örtüb 30 dəqiqə bişirin.
Befstroqanov resepti - FOTO RESEPT

Befstroqanov resepti - FOTO RESEPT


Yanında spagetti, yaxud kartof püresi verə bilərsiniz.
Befstroqanov resepti - FOTO RESEPT

Befstroqanov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qovurun, bulyon, tavada, istiot, dəfnə, xardal, pastası, tomat, doğrayıb, qədər, qızardın, Soğanı, ətləri, Başqa, yağında, birlikdə, qızılı, alana, örtüb
BİZİ İZLƏYİN