• İsgəndər kababı resepti

Reseptin məlumatları Baxış sayı: 21 792

Tarix : 31-10-2014, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 böyük can əti
200 q yağlı qiymə
4 ədəd kiçik pide
duz
istiot

Sous:
qatıq
1 qab əzilmiş pomidor konservi
2 x.q. kərə yağı

Hazırlanması:
Əvvəlcə qiyməyə duz və istiot vuraraq qarışdırın. Can əti ilə eyni böyüklükdə yumrulayın. İki can ətinin arasına yerləşdirin. Sellofanla örtub buz dolabına qoyun. Bir gün saxlayın. Bişirməyə başlamazdan 45 dəqiqə qabaq soyuducudan çıxarın. Elektrik bıçağı, yaxud çox iti bir bıçaqla napnazik dilimlərə doğrayın. Geniş tavada qızardın. Dilimlər çox nazik olduqları üçün tez yana bilər, odur ki, diqqətli olun.
Pideləri sobada qızdırın. Xırda doğrayıb dörd boşqabın içinə düzün. Üzərinə qızartdığınız ətləri qoyun. Pomidor sousunu qızdırıb ətlərin üstünə tökün. Boşqabın bir kənarına bir neçə qaşıq qatıq qoyun. Kərə yağını əridin, köpüklənəndə ocaqdan götürüb pomidor sousunun üzərindən gəzdirin.

Nuş olsun!
Etiketlər: qoyun, pomidor, qatıq, istiot, içinə, boşqabın, doğrayıb, ətləri, düzün, Xırda, qızartdığınız, Üzərinə, sobada, olduqları, nazik, Dilimlər, bilər, diqqətli, Pomidor, Pideləri
BİZİ İZLƏYİN