• Badımcan ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 34 601

Tarix : 31-10-2014, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq badımcan
200 qr qoz ləpəsi
2 baş soğan
1 x.q. alça turşusu
duz
istiot

Hazırlanması:
Badımcanları yuyub, içini təmizləyin. Acısı çıxmaq üçün 4-5 dəqiqə pörtlədin. Sonra sudan çıxarıb suyu çəkilmək üçün aşsüzənə yığın.
Ləvəngi üçün qoz ləpəsini ət maşınından keçirin. Sonra soğanı ət maşınından keçirin və cunanın içərisinə qoyaraq sıxıb acı suyunu çıxarın. Çəkilmış qoz ləpəsini sıxılmış soğana əlavə edin. Buraya alça turşusu, duz, istiot əlavə edərək qarışdırın.
Badımcanları bitki və ya kərə yağında qızardın. Sonra hazırlanmış ləvəngini badımcanların içərisinə doldurub tavaya yığın. Azacıq yağ və su tökərək tavanın ağzını örtüb 8-10 dəqiqə buğda bişirin.
Qeyd: Badımcan ləvəngisini sobada da bişirmək olur. Bu zaman içi doldurulmuş badımcanlar sobanın sinisinə yığılandan sonra üzərinə pomidor suyu tökülərək sobaya qoyulur.

Nuş olsun!
Etiketlər: Sonra, yığın, ləpəsini, maşınından, içərisinə, keçirin, dəqiqə, əlavə, istiot, Badımcanları, turşusu, ləvəngisini, örtüb, buğda, Badımcan, ağzını, bişirin, tökərək, badımcanların, ləvəngini
BİZİ İZLƏYİN