• Sultan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 17 316

Tarix : 3-11-2014, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
100 q. yaşıl noxud
1 ədəd kök
1 ədəd balqabaq
1 ədəd baş soğan
250 q. quşbaşı ət
1 ədəd kartof
yarım çay stəkanı duru yağ
2 ədəd yuxa
istiot
duz

Sousu üçün:
2 ədəd pomidor
1 çay qaşığı sous
4 diş sarımsaq
4 yemək qaşığı duru yağ
yarım stəkan su
1 çay qaşığı toz şəkər
istiot
duz

Hazırlanması:
Ətlərin üzərini 2 barmaq aşacaq isti su ilə ətləri qaynadaq.
Qazana duru yağ götürək.
Doğranmış soğanları və qaynadılmış ətləri əlavə edib çəhrayılaşana qədər qovurmağa davam edək.
Yaşıl noxudları, quşbaşı iriliyində doğranmış kökü və balqabaqları, kartofu, ətlərin və tərəvəzlərin üzərinə iki barmaq aşacaq qədər isti suyu əlavə edib, güclü atəşdə ət və tərəvəz yumşalana qədər bişirək.
Qazanı atəşdən götürüb duzunu, istiotunu nizamlayaq.
Yuxaları eninə və boyuna kəsərək hər yuxadan 4 bərabər üçbucaq parça əldə edək.
İki üçbucaq parçanı üst-üstə qoyub bir kasanın içinə oturdaraq kənarlarını xaricə qoyaq.
Yuxaların içinə çömçə ilə suyunu süzdüyümüz kababdan bir çömçə qoyub, yuxaların uclarını kababın üzərinə çevirərək bağlayaq.
Kasaları tərs çevirib, yüngülcə yağlanılmış soba qabına yuxa boxçalarını qoyaq.
Bu vaxt beşamel sousu hazırlayaq.
Bir tavaya duru yağı götürək, unu davamlı qarışdırıb saralana qədər, yüngülcə qovuraq.
İsti südü və duzu əlavə edib sous tündləşənə qədər qarışdıraraq bişirək və atəşdən götürək.
Yuxa boxçalarının üzərinə 1 yemək qaşığı sous gəzdirib holland pendiri rəndəsi səpək.
200 dərəcəisidilmiş sobada, üzərləri yüngülcə çəhrayılaşana qədər bişirək. Kababı sobadan götürüb pomidor sousu ilə servis edək.

Nuş olsun!
Etiketlər: qədər, qaşığı, götürək, üzərinə, yüngülcə, bişirək, əlavə, barmaq, çömçə, götürüb, çəhrayılaşana, atəşdən, sousu, ətləri, aşacaq, yemək, istiot, qoyaq, üçbucaq, pomidor
BİZİ İZLƏYİN