• Tomatlı makaron resepti

Reseptin məlumatları Baxış sayı: 20 035

Tarix : 4-11-2014, 21:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
250 qr spiral makaron
80 qr Parmezan pendiri
200 qr Cherry pomidorları
80 qr təmizlənmiş badam
1 kiçik dəstə reyhan
1 diş sarımsaq
Zeytun yağı
Duz, üyüdülmüş qara bibər

Hazırlanması:
Əvvəlcə badamı qırmızı rəng alana qədər qızartmaq.
Sonra onu böyük qırıntılar alınanadək blenderdə xırdalamaq.
Reyhan yarpaqlarını, üç xörək qaşığı zeytun yağı və sarımsaq əlavə edib yenə də blenderdən keçirmək.
Sonra parmezan əlavə edib blenderdə əzmək.
Cherry pomidorlarını iki hissəyə bölmək.
Hamısını bir qaba (həvəngdəstəyə) qoymaq.
3 xörək qaşığı zeytun yağı əlavə edib, qarışdırmaq və həvəngdəstədə əzmək.
Duz və istiot zövgə görə əlavə etmək.
Bir qədər duzlu suda spiral makaronu “al-dente” (yarıçiy) halına qədər qaynatmaq.
Sousu pasta ilə qarışdırmaq və reyhanla bəzəmək.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, qarışdırmaq, blenderdə, sarımsaq, xörək, spiral, zeytun, qaşığı, Sonra, Cherry, həvəngdəstəyə, qoymaq, pomidorlarını, parmezan, hissəyə, bölmək, Hamısını, istiot
BİZİ İZLƏYİN