• Cəfəri souslu spiral makaron resepti

Reseptin məlumatları Baxış sayı: 14 865

Tarix : 4-11-2014, 23:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
250 qr spiral makaron
20 qr cəfəri yarpaqları
1 diş sarımsaq
150 qr xama
1 ədəd qırmızı soğan
1 xörək qaşığı kərə yağı
250 ml quru ağ çaxır
250 ml tərəvəz bulyonu
200 ml yağlığı 30%-dən aşağı olmayan qaymaq

Hazırlanması:
Sarımsağı təmizləyib, xırdalamaq.
Cəfəri yarpaqlarını, sarımsaq və xamanı blender ilə püre halına çatdırmaq.
Soğanı təmizləyib, balaca kubiklərə doğramaq,böyük və ya dərin tavada kərə yağında qızartmaq.
Üzərinə çaxır əlavə edib qaynatmaq.
Tərəvəz bulyonu və qaymaq əlavə etmək, qarışdırmaq. Sousu həcmi 1/3-ə qədər az olmayanadək bişirmək.
Duz və istiot zövgə görə əlavə etmək.
Soğan və qaymaqdan alınanı oddan almaq, blenderdə qarışdırmaq və daha sonra 3 xörək qaşığı cəfəri, xama və sarımsaq kremini onunla birgə qarışdırmaq.
Duzlu suda spiral makaronu qaynatmaq və üzərinə cəfəri sousunu əlavə etmək.

Nuş olsun!
Etiketlər: əlavə, etmək, cəfəri, qarışdırmaq, sarımsaq, bulyonu, qaymaq, təmizləyib, çaxır, xörək, qaşığı, spiral, qaynatmaq, bişirmək, istiot, zövgə, Soğan, Sousu, Tərəvəz, qaymaqdan
BİZİ İZLƏYİN