• Tərəvəz sotesi ilə spiral makaron resepti

Reseptin məlumatları Baxış sayı: 16 248

Tarix : 5-11-2014, 16:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
500 qr spiral makaron
4 xörək qaşığı bitki yağı
1 böyük soğan
5 dəstə cəfəri
1 dəstə keşniş
0,5 stəkan su
1 ədəd limon
0,5 stəkan keşyu qozu
2 xörək qaşığı zeytun və ya qoz yağı

Hazırlanması:
Pasta üçün lazım olacaq cəfəridən sote hazırlamaq.
Soğanı təmizləmək və çox xırda doğramaq.
Cəfəri və keşnişi yumaq, dəsmal ilə qurutmaq və narın-narın doğramaq.
Limonu sedradan ayırmaq və şirəsini sıxmaq.
Qozu blenderlə və ya bıçaqla xırdalamaq, amma toz halına çatdırmamaq.
Bitki yağını tavada isitmək, soğanı yumşaq olanadək 4 dəqiqə qızartmaq.
Su və limon sedrasını əlavə etmək, qarışdırmaq və daha 4 dəqiqə bişirmək.
Odu azaltmadan, xırdalanmış göyərtini əlavə etmək,qarışdırmaq və qapağsız 2 dəqiqə bişirmək.
Dərhal tavanı oddan götürmək.
Zeytun və ya qoz yağı, 2 xörək qaşığı limon şirəsi, xırdalanmış qoz əlavə etmək.
Duz və istiot atmaq, qarışdırmaq.
Çox qatı alınıbsa, biraz su əlavə etmək olar.
Spiral makarınu duzlu suda qaynatmaq.
Suyunu süzmək, qablara qoymaq və üzərinə cəfəridən hazırlanan sote əlavə etmək.
Dərhal süfrəyə vermək.

Nuş olsun!
Etiketlər: əlavə, etmək, qarışdırmaq, dəqiqə, limon, qaşığı, xörək, bişirmək, xırdalanmış, Dərhal, narın, stəkan, dəstə, cəfəridən, doğramaq, götürmək, oddan, tavanı, azaltmadan, sedrasını
BİZİ İZLƏYİN