• Köfteli İsgəndər kababı resepti

Reseptin məlumatları Baxış sayı: 17 726

Tarix : 6-11-2014, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Oktay Aymelek ( Oktay usta)


Tərkibi:
500 q qiymə
1 soğan
1 yumurta
1 dəstə cəfəri
duz
istiot
kəklikotu
3 pide
1 x.q. bibər pastası
1 x.q. kərəyağı
2 pomidor
2 acı istiot

Hazırlanması:
Qiymənin içinə sürtgəcdən keçirilmiş soğan, yumurta, doğranmış cəfəri, duz və ədviyyat vurub qarışdırın və uzun kotletlər (köfte) düzəldin. Yağda qızardın. Pideləri sobada qızdırıb kubik doğrayın. Boşqabların içinə düzün. Qırağına qatıq qoyun. Pidelərin üzərinə qızardılmış kotletləri düzün. Bibər pastası və kərəyağını bir tavada qovurun, ətin üzərinə gəzdirin. Pomidor və istiotları da kubik doğrayıb qızardın və bir kənarına qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, pastası, kubik, içinə, üzərinə, qızardın, düzün, soğan, istiot, cəfəri, yumurta, doğrayın, Pidelərin, qatıq, qızardılmış, Qırağına, Boşqabların, tavada, istiotları, doğrayıb
BİZİ İZLƏYİN