• Kələmli piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 844

Tarix : 6-11-2014, 17:00

Bölmə : Quru yeməklər / Börəklər / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 ml süd
7 q quru maya (və ya 50 q yaş maya)
100 q kərə yağı və ya marqarin
2 yumurta
500 q un
duz

İç üçün:
1 kq kələm
150 q soğan
2 yumurta
duz
istiot
bitki yağı
Kələmli piroq resepti - FOTO RESEPT


Hazırlanması:
İsti süddə mayanı əridin. 100 q un əlavə edib qarışdırın, qabın üzərinə dəsmal çəkin, isti yerə qoyun. 15-20 dəqiqə sonra barata qalxmalıdır. Yağ vurub qarışdırın. Yumurta, duz əlavə edib qarışdırın. Un vurub xəmir yoğurun, isti yerə qoyun. Yarım saatdan sonra xəmir gələcək. Bir az da yoğurub, daha yarım saat saxlayın.
Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT


İçi hazırlamaq üçün soğanı xırda, kələmi isə saman kimi doğrayın. Soğanı bitki yağında qızardın, sonra kələmi əlavə edib yumşalanacan (təxminən 20-30 dəqiqə) bişirin.
Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT


Yumurtaları çalın. Kələmin üzərinə əlavə edib qarışdırın, düz, istiot vurun, 5 dəqiqə bişirin. Soyudun.
Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT


Xəmiri iki yerə bölün. Sinini yağlayın, yaxud perqament döşəyin. Bir kündəni yayıb siniyə qoyun. İçi üzərinə çəkin. İkinci kündəni də yayıb bunun üzərinə qoyun. Qıraqlarını bərkidin. Ortasını buğun çıxması üçün bıçaqla çərtin.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT

Kələmli piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, qoyun, üzərinə, qarışdırın, sonra, bişirin, çəkin, vurub, yayıb, kündəni, xəmir, kələmi, bitki, istiot, yumurta, yağlayın, yaxud, perqament, marqarin
BİZİ İZLƏYİN