Tərkibi:500 q yağlı xəmir
450 q bolqar bibəri (yaxşı olar ki, müxtəlif rəngli olsun)
200 q vetçina, yaxud kolbasa
200 q pendir
2 yumurtanın sarısı
duz
Hazırlanması:Vetçina, yaxud kolbasanı, həmçinin pendiri kubik doğrayın. Bibərləri təmizləyib saman kimi doğrayın. Hamısını qarışdırın. Yumurtanın sarısını (çiy olaraq) əlavə edib duzlayın, qarışdırın.
Xəmiri dördbucaq formada, 3-4 mm qalınlıqda yayın. İçi qoyub hamarlayın. Rulet kimi bükün. Qıraqlarını bərkidin.
Sinini yağlayın, yaxud perqament döşəyin. Ruleti içinə qoyun. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: yaxud, doğrayın, olsun, qarışdırın, bükün, Rulet, qoyub, hamarlayın, yayın, Xəmiri, duzlayın, dördbucaq, formada, qalınlıqda, Qıraqlarını, Sinini, qızdırılmış, dərəcə, sobada, dəqiqə