• Misir lazanyası resepti

Reseptin məlumatları Baxış sayı: 16 612

Tarix : 7-11-2014, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ümumi:

400 q makaron
bolonez sousu
beşamel sousu
80-100 q sürtgəcdən keçirilmiş pendir

Bolonez sousu üçün:
500 q qiymə (qoyun və ya mal əti)
1 iri baş soğan
1 iri diş sarımsaq
1 pomidor
2 x.q. tomat pastası
duz
istiot
cəfəri
reyhan

Beşamel sousu üçün:
40 q kərə yağı
2 dolu x.q. un
400 ml süd
duz
istiot

Hazırlanması:
Bolonez sousunun hazırlanması:

Soğanı xırda kubik doğrayaraq qızardın, qiymə, sürtgəcdən keçirilmiş pomidor, tomat pastası, xırdalanmış sarımsaq, duz, istiot, göyərti əlavə edin. Ət hazır olanadək və suyu quruyanadək bişirin.

Beşamel sousunun hazırlanması:
Yağı əridin, içinə un səpin, eynicinsli kütlə alınanadək qarışdırın. Qaynar süd əlavə edin, duz, istiot vurun. Qatılaşanadək qarışdıra-qarışdıra bişirin.

Ümumi hazırlama qaydası:
Beşamel sousunun 2/3-ni bolonez sousuna (qiyməyə) əlavə edib qarışdırın, 1/3-ni isə makaronların üzərinə tökəcəksiniz.
Makaronu suda qaynadın, amma lap çox bişməsin, əzilər.
Makaronun yarısını siniyə düzün. Üzərinə bolonez sousunu qoyun, yerdə qalan makaronu üzərinə əlavə edin. sürtgəcdən keçirilmiş pendiri bərabər qaydada üzərinə səpib, beşamel sousunu üstündən gəzdirin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, sousu, üzərinə, sousunun, Beşamel, keçirilmiş, sürtgəcdən, bolonez, bişirin, sousunu, hazırlanması, qarışdırın, tomat, pastası, qiymə, pomidor, beşamel, Ümumi, qoyun
BİZİ İZLƏYİN