• Kiyev kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 28 428

Tarix : 16-11-2014, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
toyuğun döş əti
50 q kərə yağı
göyərti (cəfəri, şüyüd)
1/2 limon
1 yumurta
duz
bitki yağı
suxarı

Hazırlanması:
Göyərtini xırda doğrayın, kərə yağıyla qarışdırın. Bunu sellofanın köməyilə kötük kimi yumrulayıb dondurucuya qoyun.

Toyuğun döş ətini iki hissəyə (böyük və balaca) bölün. Pərdələrini təmizləyin.
Böyük hissəni içi üzüyuxarı olmaqla sellofanın üstünə qoyun, balaca hissəni də onun üstünə və birlikdə döyün. Duzlayın.
Böyük hissənin üstünə göyərtiylə qarışdırdığınız kərə yağını qoyun. Balaca hissəni bunun üstünə qoyun, altdakı hissəni üstünə qatlayıb kotlet kimi bükün. Sellofanın köməyilə ona oval forma verin. Hazır kotletləri soyuducuya qoyun.

Yumurtanı çalın, azca duz vurun. Kotletləri soyuducudan çıxarın. Yumurtaya, sonra suxarıya batırın. Sonra bu prosesi bir dəfə də təkrar edin.
Qaynayan yağa salıb 7-10 dəqiqə qızardın. Hazır kotletləri salfetin üzərinə düzün ki, yağı axsın.

Nuş olsun!
Etiketlər: üstünə, qoyun, hissəni, kotletləri, köməyilə, Hazır, Böyük, balaca, sellofanın, soyuducuya, çalın, Yumurtanı, verin, qatlayıb, altdakı, bunun, kotlet, bükün, olsun, forma
BİZİ İZLƏYİN