• Şüşədə toyuq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 061

Tarix : 16-11-2014, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Balonda toyuq susuz, yağsız bişirilir. Ətri fantastik olur. Dadını isə bişirəndən sonra deyərsiniz. Əminəm, bir dəfə dadandan sonra dəfələrlə hazırlayacaqsınız.

Tərkibi:
1,2-2 kq-lıq toyuq
duz
dənəvər ağ və qara istiot
dəfnə yarpağı
1 iri baş soğan
1 pomidor
1 bolqar bibəri (tərəvəz qisminə özünüz də əlavələr edə bilərsiniz)
1 ədəd 3-litrlik balon
1 dəmir banka qapağı

Hazırlanması:
Tərəvəzi və toyuğu təmizləyib, yuyub doğrayın. Lay-lay balona yığın: toyuq döşəyin, azca duz vurun, üç-dörd istiot dənəsi, dəfnə yarpağı + pomidor + bolqar bibəri və bu minvalla ərzaq bitənədək.

Balona heç bir maye - nə su, nə yağ - əlavə etmək lazım deyil! Onu lap ağzınadək doldurmaq da yaxşı deyil, çünki bişəndə toyuğun və tərəvəzin öz şirəsi çıxır, balondan axsa, əlavə başağrısıdır. Toyuq balacadırsa, tərəvəzi çox edin, böyükdürsə, azaldın. Tərəvəz qismində yerkökü, kartof, kələm istifadə edə bilərsiniz. Kartof istifadə etməyəcəyiniz təqdirdə limon və portağal dilimləri də əlavə etmək olar. Qara gavalı, alça qurusu da ona əla dad verər.
Şüşədə toyuq resepti - FOTO RESEPT


Balonun ağzına rezinsiz dəmir qapaq qoyun, soyuq (!) sobaya yerləşdirin. (Təbii ki, onu formanın içinə, yaxud dəmir şəbəkənin üstünə qoymaq lazımdır ki, çıxarmaq asan olsun).
Şüşədə toyuq resepti - FOTO RESEPT


Sobanı yandırın, 150 dərəcəyə ayarlayın. 30 dəqiqə bişdikdən sonra 180 dərəcəyədək qaldırın, daha 1-1,5 saat bişirin.
Şüşədə toyuq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, dəmir, toyuq, yarpağı, dəfnə, istiot, pomidor, bibəri, bilərsiniz, istifadə, deyil, bolqar, etmək, olsun, portağal, limon, təqdirdə, dilimləri, Toyuq
BİZİ İZLƏYİN