• Beşbarmaq xəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 21 489

Tarix : 16-11-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qoyun əti
1 kq mal əti
2 ədəd dəfnə yarpağı
1 baş soğan
5 ədəd qara dənəvər istiot
duz

Xəmir üçün:
3 st. buğda unu
2 yumurta
1 ç.q. duz

Sous üçün:
2 baş soğan
1 dəstə göy soğan
1 dəstə cəfəri
1 dəstə şüyüd

Hazırlanması:
Üzərinə çıxınca ətin üstünə su tökün, qaynadın, kəfini yığıb ocağı azaldın. Vam odda 3 saat bişirin. Qaynadıqca yağını yığıb başqa qaba tökün. 2,5 saat qaynayandan sonra duz, istiot, soğan, dəfnə yarpağı əlavə edin. Əti sümükdən ayırıb nazik dilimlərə doğrayın.

Un, duz, yumurta və 1/2 st. bulyondan bərk xəmir yoğurun. 1 mm qalınlıqda yayın. 10x10 sm ölçüdə kvadratlara bölün. Qaynayan ət suyunda bişirib süzün.

Sous üçün baş soğanı həlqə doğrayın, doğranmış göyərtiləri əlavə edib, duz-istiot vurun, ətin üzərindən yığdığınız yağda, vam odda 10 dəqiqə qızardın.

Xəngəli boşqablara çəkin, üzərinə bişmiş əti və sousu əlavə edin. Xəngəlin bişirildiyi suyu isə ayrıca piyalədə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: soğan, istiot, dəstə, əlavə, yumurta, tökün, yığıb, doğrayın, yarpağı, dəfnə, göyərtiləri, vurun, yığdığınız, üzərindən, doğranmış, bişirib, Qaynayan, bölün, kvadratlara, suyunda
BİZİ İZLƏYİN