• Ət boğçası resepti

Reseptin məlumatları Baxış sayı: 15 004

Tarix : 16-11-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi: (6 ədəd üçün)
300 q ət
1 baş soğan
2 yerkökü
1 badımcan
6 kartof
duz
istiot
ədviyyat
7 lavaş

Hazırlanması:
Əti xırda doğrayıb tavada ağzını bağlamadan hazır olanadək bişirin. Çox qurutmayın. Xırda doğranmış soğan, kök əlavə edin. Bunlar bişən müddətdə badımcanı soyub xırda doğrayın və tavaya əlavə edin. Qapağını bağlayıb bişirin. Duz, istiot, ədviyyat vurun.
Kartofu xırda doğrayıb ayrıca qızardın.

Bir lavaşı şəridlərə bölün (bunların köməyilə digərlərinin ağzını bağlayacaqsınız).
Lavaşın ortasına iç qoyub boğça kimi bükün, kəsdiyiniz lavaş şəridiylə bağlayın, siniyə düzün. 160 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.
Bunu sobada bişirməmək də olar. Amma sobadan çıxaranda o, qazmaq kimi olur.

Nuş olsun!
Etiketlər: xırda, bişirin, lavaş, soğan, doğrayıb, ağzını, ədviyyat, əlavə, istiot, sobada, qoyub, bükün, kəsdiyiniz, ortasına, boğça, digərlərinin, bunların, bölün, köməyilə, şəridiylə
BİZİ İZLƏYİN