Tərkibi:500 q təmizlənmiş boranı
300 q buğda
1 l süd
duz
kərə yağı
şəkər tozu, kişmiş, ərik qurusu, qara gavalı və s. - istəyə görə.
Hazırlanması:Buğdanı isti suda yuyun. Təmizlənmiş boranını kubik doğrayın. Südü qaynadın. Qaynara düşəndə boranını əlavə edib 5 dəqiqə qaynadın. Buğda əlavə edin, duzlayın, vam odda, ağzıbağlı qazanda təxminən 10 dəqiqə bişirin.
Sonra sıyığı saxsı küpələrə doldurun. Hər birinin üstünə azacıq kərə yağı qoyun. Küpələrin ağzını bağlayab 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Hazır sıyığa istəyə görə şəkər tozu, kişmiş, ərik qurusu, qara gavalı və s. əlavə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, istəyə, qaynadın, bişirin, gavalı, boranını, qurusu, kişmiş, şəkər, azacıq, bilərsiniz, üstünə, doldurun, saxsı, olsun, küpələrə, sıyığa, birinin, Küpələrin