• Hinduşka ətindən forşmak resepti

Reseptin məlumatları Baxış sayı: 19 753

Tarix : 17-11-2014, 15:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
600 q qızardılmış hinduşka əti
1 ədəd siyənək balığı
1-2 baş soğan
2 yumurta
1 st. qaymaq
4 ç.q. suxarı
50 q kərə yağı
duz
ədviyyat
göyərti

Hazırlanması:
Hinduşka ətini və siyənək balığını, soğanı kubik doğrayın, qarışdırıb iki dəfə ət maşınından keçirin. Ədviyyat, duz, 2 çiy yumurtanın sarısını əlavə edib qarışdırın. 2 yumurtanın ağını qaymaqla ayrıca çalıb, sonra ət qarışığına əlavə edin. Alınan qiyməni yağlanmış və suxarı səpilmiş siniyə qoyun, üzərinə yağ çəkin və sobada bişirin.

Hazır olandan sonra doğranmış göyərti ilə bəzəyin. Yanında ketçup və kartof qızartması, püre, düyü verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: suxarı, göyərti, əlavə, yumurtanın, sonra, siyənək, səpilmiş, siniyə, üzərinə, qoyun, yağlanmış, qiyməni, çəkin, qarışığına, Alınan, Hazır, kartof, ketçup, qızartması, bilərsiniz
BİZİ İZLƏYİN