• Fisincan-plov resepti

Reseptin məlumatları Baxış sayı: 38 270

Tarix : 17-11-2014, 19:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
220 q qoyun və ya toyuq əti
150 q düyü
50 q ərinmiş yağ
50 q qoz ləpəsi
50 q nar və ya 15 q narşərab
2 q limon turşusu və yaxud 15 q abqora
20 q baş soğan
darçın
zəfəran
istiot
duz

Hazırlanması:
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş limon duzu və ya abqora qara çuqun tavada qaynadılıb döyülmüş qozun üstünə tökülür. Hazırlanmış ətə yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.

Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəciklər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür.

Nuş olsun!
Etiketlər: istiot, darçın, soğan, üstünə, tökülür, bişirilir, hazır, vurulub, toyuq, ərinmiş, qoyun, ləpəsi, limon, olduğu, vəziyyətə, gətirilir, fisincanda, qarışığında, qiyməsindən
BİZİ İZLƏYİN