• Omletli zraza resepti

Reseptin məlumatları Baxış sayı: 14 351

Tarix : 17-11-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q qiymə
1 iri kartof
1 yumurta
bitki yağı
duz
istiot
un

Omlet üçün:
3 yumurta
1/4 st. süd
göyərti

Sous üçün:
3 x.q. xama
2 diş sarımsaq
100 q pendir

Hazırlanması:
Kartofu təmizləyib sürtgəcdən keçirin, suyunu sıxın. Kartofu, yumurtanı və qiyməni duzlayıb-istiotlayıb qarışdırın.

3 yumurtanı südlə çalın, doğranmış göyərti əlavə edib qarışdırın, omlet bişirin.

Omleti şəridlərə bölüb, hər birini ayrılıqda rulet kimi bükün.

Qiymədən kökələr yapın, içinə bükdüyünüz omleti qoyub qıraqlarını ortasına gətirməklə zraza hazırlayın (sanki kotletin icinə omlet qoyursunuz). O üz-bu üz yağda qızardıb siniyə düzün.

Pendirlə sarımsağı sürtgəcin xırda gözündən keçirin, xamayla qarışdırın. Zrazaların üstünə gəzdirin, sonra isə sinini sobaya qoyun. Üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: qarışdırın, göyərti, bişirin, Kartofu, yumurtanı, keçirin, omlet, yumurta, qızardıb, qoyursunuz, yağda, icinə, sanki, qıraqlarını, qoyub, omleti, ortasına, gətirməklə, siniyə, hazırlayın
BİZİ İZLƏYİN