• Draniklər resepti

Reseptin məlumatları Baxış sayı: 13 777

Tarix : 9-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kartof
2 yumurta
2 x.q. un
duz
qara istiot

Sous üçün:
50 q xama
50 q mayonez
göy soğan
şüyüd

Hazırlanması:
Kartofu təmizləyib, yuyub sürtgəcin iri gözündən keçirin. 2 yumurta və 2 x.q. un, duz əlavə edib qarışdırın. Tavaya xeyli bitki yağı töküb qızdırın, xörək qaşığıyla kartoflu qarışıqdan götürüb yağa salın. O üz-bu üz qızardın. Sous üçün xama, mayonez, xırda doğranmış göy soğan və şüyüdü qarışdırın. Süfrəyə verərkən draniklərin üzərinə sous gəzdirin.

Nuş olsun!
Etiketlər: qarışdırın, mayonez, soğan, yumurta, salın, qızardın, qaşığıyla, qarışıqdan, xırda, kartoflu, götürüb, Süfrəyə, üzərinə, gəzdirin, olsun, draniklərin, verərkən, şüyüdü, xörək, doğranmış
BİZİ İZLƏYİN