• Yalançı pərdə plovu resepti

Reseptin məlumatları Baxış sayı: 14343

Tarix : 18.11.2014, 17:00

Bölmə : Quru yeməklər, Aş - Plov, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 ədəd hazır yağlı xəmir paketi
0,5 st. düyü
1 x.q. kərə yağı
1 x.q. sürtgəcdən keçirilmiş kök
lazımi qədər isti su
1 ç.q. quşüzümü
duz
istiot
darçın
1 yumurtanın sarısı

Hazırlanması:
Kərə yağını əridib düyünü tökün, ağaranadək qovurun. Kökü əlavə edin. Yumşalan kimi üstünə çıxacaq qədər su, quşüzümü, duz, istiot və darçın tökün. Qazanın qapağını bağlayıb bir neçə dəqiqə iti ocaqda, sonra isə ocağı lap azaldıb düyü suyu tamam çəkənə qədər bişirin. Qazanın qapağına dəsmal çəkib 10 dəqiqə dəmləyin.
Yağlı xəmirləri otaq temperaturunda saxlayıb yumşalmasını gözləyin. Oxlovla bir az yayın. Hissələrə bölün. Ortalarına hazırladığınız plovu yayın. Boğça kimi bükün. Büküm yerləri altda qalmaq şərtilə siniyə qoyun. Üzərinə yumurta sarısı çəkib 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: qədər, darçın, quşüzümü, sarısı, dəqiqə, Qazanın, tökün, yayın, istiot, bişirin, çəkib, bölün, xəmirləri, Ortalarına, hazırladığınız, temperaturunda, Hissələrə, plovu, yumşalmasını, Oxlovla
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN