• Ossobuka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 647

Tarix : 19-11-2014, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
sümüklü dana əti
soğan
sarımsaq
kök
cəfəri
pomidor
kəklikotu
kərəviz
limon
portağal
dəfnə yarpağı
ağ şərab
zeytun yağı
Ossobuka resepti - FOTO RESEPT


Hazırlanması:
Sümüklü bud ətini eninə doğrayın. Duzlayıb-istiotlayıb una batırın, zeytun və kərə yağında o üz-bu üz qızardın. Sonra çıxarıb bir qaba qoyun. Həmin yağda iri doğranmış kökü, kərəvizi və soğanı 5-7 dəqiqə, yumşalanacan qızardın. 1-1,5 st. ağ şərabı üstünə tökün, sonra qabığı soyulub xırda doğranmış pomidor əlavə edin. Sonra əti yenidən buraya əlavə edin.
Ossobuka resepti - FOTO RESEPT

Ossobuka resepti - FOTO RESEPT

Ossobuka resepti - FOTO RESEPT

Ossobuka resepti - FOTO RESEPT


Çoxlu cəfəri və kəklikotunu, 1-2 ədəd dəfnə yarpağını bir cunanın içinə qoyub bağlayın, qazana qoyun. Ocağı azaldın və hazır olanadək, təxminən 1,5-2 saat bişirin. Bu müddətdə ət tamamilə sümükdən ayrılmalıdır. Sonra cunanı qazandan çıxarın.
Ossobuka resepti - FOTO RESEPT


Bunu süfrəyə xüsusi kondimentlə verirlər: çox xırda doğranmış cəfərini yarım limonun, yaxud portağalın sürtgəcdən keçirilmiş qabığıyla qarışdırın, 2 diş sarımsağı əzib buna əlavə edin, üzərinə zeytun yağı gəzdirin. Qarnir kimi yanında düyü də verə bilərsiniz.
Ossobuka resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, Sonra, doğranmış, əlavə, xırda, qoyun, dəfnə, qızardın, cəfəri, pomidor, tamamilə, müddətdə, bişirin, sümükdən, ayrılmalıdır, cunanı, təxminən, qazandan, olanadək, qazana
BİZİ İZLƏYİN