• Almalı ət qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 13 439

Tarix : 3-03-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq yağlı mal və ya qoyun əti
5 alma
300 q dənəsiz qara gavalı
3 baş soğan
bitki yağı
tomat pastası
duz
şəkər tozu
qara istiot
üyüdülmüş keşniş toxumu
zərdəçal (kurkuma)

Hazırlanması:
Əti iri doğrayın. Qazana yığıb ətri çıxana qədər qızardın. Yarımhalqa doğranmış soğanı əlavə edib ocağı azaldın, 20 dəqiqə, soğan qızaranadək bişirin. Sonra ətin üstünə çıxana qədər qaynar su tökün. Qaynara düşəndə ağzına qapaq qoyub vam odda 30 dəqiqə bişirin. Sonra 2 x.q. tomat pastası, 1 çay qaşığının 3/4-ü qədər üyüdülmüş keşniş toxumu, yarım çay qaşığı zərdəçal, duz, qara istiot əlavə edin. Qarışdırıb 10 dəqiqə də bişirin. Azca limon şirəsi sıxıb şəkər tozunu əlavə edin.

Almaları təmizləyib cecəsini çıxarın. İri doğrayıb yağda qızardın. Qara gavalını yaxşıca yuyub hər birini iki bölün.

Siniyə əvvəlcə əti, sonra isə qızardılmış almanı və gavalıları tökün. Ətin sousunu üstündən gəzdirin. Üzərinə folqa çəkib sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, qədər, əlavə, toxumu, keşniş, zərdəçal, çıxana, üyüdülmüş, tökün, Sonra, qızardın, tomat, soğan, istiot, pastası, şəkər, gavalını, olsun, yaxşıca
BİZİ İZLƏYİN