• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 20 082

Tarix : 21-11-2014, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q hazır qat-qat mayasız xəmir
2 toyuq döşü
küncüt
duz
qara istiot
bitki yağı (üzərinə çəkməyə)

Hazırlanması:
Xəmiri yayın.

Toyuq ətini yaxşıca döyün. Duz, istiot vurun.

Toyuq ətini xəmirin üzərinə düzün. Sıx rulet bükün. 1,5 sm qalınlıqda dilimlərə bölün.
Toyuq ruleti resepti


Formanın içinə perqament kağızı qoyun, bol-bol yağ çəkin.

Dilimlərin bir tərəfini küncütə batırıb kağızın üstünə düzün.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. (Bişirən zaman sobanın alt gözünə su ilə dolu dəmir qab qoyun ki, rulet qurumasın).

Nuş olsun!
Etiketlər: Toyuq, üzərinə, düzün, rulet, qoyun, istiot, ətini, batırıb, kağızın, qurumasın, dəmir, küncütə, tərəfini, olsun, çəkin, Dilimlərin, üstünə, dərəcə, bişirin, Bişirən
BİZİ İZLƏYİN