• Pendirli toyuq paşteti resepti

Reseptin məlumatları Baxış sayı: 15 636

Tarix : 28-12-2016, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq ciyəri
500 q toyuq ürəyi
3 baş soğan
1 böyük yaşıl alma
150 q kərə yağı
200 q pendir (brınza)
duz
qara istiot
2 x.q. xardal
4 x.q. bitki yağı

Hazırlanması:
Almanın qabığını soyub ortasını təmizləyib, dilimləyin. Təmizlənmiş toyuq ciyərini və almanı tavada qızardın (tam bişənə qədər). Soğanı təmizləyib iri doğrayın. Təmizlənmiş toyuq ürəyini soğanla birlikdə duzlu suda hazır olana qədər bişirin. Sonra qaraciyərlə almanı və toyuq ürəyi ilə soğanı iki dəfə ət maşınından keçirin. Duz, istiot, xardal və yumşalmış kərə yağı əlavə edib bircinsli qarışıq alınana qədər qarışdırın. İsladılmış sellofanın üzərinə alınan qarışığı bərabər yayın. Onun üzərinə xırda doğranmış pendir səpin (əgər pendir xoşlamırsınızsa, başqa ərzaqdan, məsələn, qızardılmış göbələkdən istifadə edə bilərsiniz). Sellofanın köməyilə paşteti rulet kimi bükün. Ən azı 6 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl dilimləyin.

Nuş olsun!
Etiketlər: toyuq, qədər, pendir, almanı, xardal, Təmizlənmiş, dilimləyin, təmizləyib, ürəyi, istiot, üzərinə, ərzaqdan, başqa, səpin, doğranmış, xoşlamırsınızsa, qarışığı, İsladılmış, qarışdırın, alınana
BİZİ İZLƏYİN